Aİ-dən Azərbaycanın beş erməni hərbçini təhvil verməsinə REAKSİYA — FOTO

GÜNDƏM 09 sentyabr 2022, 09:32
Avropa İttifaqı Azərbaycan tərəfinin beş erməni hərbçisinin Ermənistana təhvil verilməsini alqışlayır. 

Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz “Twitter”ində yazıb.

“Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq. Bu, əhəmiyyətli humanitar jestdir və eyni zamanda təhvil-təslim prosesi olmadan bunun baş tutması isə diqqətəlayiqdir”, - Toivo Klaar vurğulayıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top