Deputat: “Arif Hacılı yaxşı bilir ki, narkotik ticarəti gəlirli sahə olduğundan...”

SOSİAL 05 sen 2022, 12:33
“Müsavat Partiyasının başqanı Arif Hacılının “Facebook” səhifəsində etdiyi paylaşımda narkotiklərin ölkəyə daxil olmasında hökuməti günahlandırmasını onun növbəti məntiqsiz fikiri hesab edirəm. Arif Hacılı kimilər gecə-gündüz iqtidarın uğurlu fəaliyyətinə kölgə salmaq üçün müxtəlif mövzuların axtarışındadırlar. Belə ucuz ittihamlarla onlar yalnız özlərini gülməli vəziyyətə salırlar. Arif Hacılı yaxşı bilir ki, narkotik ticarəti gəlirli sahə olduğundan narkotacirlər qaçaqmal yolları ilə narkotik vasitələrinin gətirilməsinə nail ola bilirlər”.

Demokrat.az bildirir ki,bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Azər Badamov deyib.

Deputat bildirib ki, narkotik qaçaqmalçılığı dünyanın hər bir ölkəsində mövcuddur: “Dövlət sərhədində ölkəyə gətirilən bütün mallar yoxlanılır. Narkotikləri gizli yollarla ölkəyə gətirənlərin dövlət sərhədində ifşa olunduğunun dəfələrlə şahidi olmuşuq. Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinin əməkdaşları ölkəyə narkotik vasitələrin gəlməsinin qaşısının alınması üçün maksimum çalışırlar. Amma təəssüf ki, bəzi hallarda narkotik gizlin yollarla gəlib çatır. Bu gün narkotik alverinə qarşı təkcə sərhəddə mübarizə aparılmır. Həm də hüquq mühafizə orqanları tərəfindən bu bəlanı xalqa satıb pul qazanmaq istəyən şəxslərə qarşı amansız mübarizə aparılır. Təbii ki, hər gün bu işlə məşğul olan şəxslərin və dəstələrin ifşası ilə bağlı məlumatları oxuyuruq. Yəni narkotiklərin ölkəyə gətirilməsinə və satışına qarşı gecə-gündüz mübarizə aparılır. Çox təəssüf ki, Arif Hacılı bunları görmək istəmir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top