Azərbaycanda dəhşətli qəza: Polis FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ — VİDEO

HADİSƏ 04 sen 2022, 09:21
Gecə saatlarında Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb. Lənkəran şəhər sakini 37 yaşlı Vüsal Babayevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı rabitə dirəyinə çırpılıb, sonra isə kanala düşüb.

Demokrat.az
xəbər verir ki, nəticədə avtomobildə olan Vüsal Babayev və oğlu xəsarət alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Amma Vüsal Babayev xəstəxanda dünyasını dəyişib.

Qeyd edək ki, Vüsal Babayev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin keçmiş inispektoru olub.

Xaçmazda da polis əməkdaşı qəzada ölüb.

DİN mətbuat Xidmətinin yaydığı məlumata görə, Nabran kəndi ərazisində Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadənin idarə etdiyi avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza xidmət vaxtı baş verməyib. Nəticədə Elvin Mürsəlzadə hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sen 2022, 09:44
Top