Bakıda ödəmə terminalından külli miqdarda pul oğurlanıb

HADİSƏ 03 sen 2022, 12:44
Bakıda ödəmə terminalından 8000 manat oğurlanıb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birində quraşdırılmış ödəmə terminalından 8000 manat, digər mağazadan isə 250 manat oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuşlar - Şabran rayon sakini T.Əmiraslanov və Xocalı şəhər sakini E.Zeynalov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top