Bu gün hava necə olacaq?

SOSİAL 02 sen 2022, 08:08
Bu gün Bakıda və Abşeron yarımadasında yağmursuz hava müşahidə olunacaq, cənub-şərq küləyi əsəcək.

Demokrat.az
Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 35-40° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sen 2022, 09:44
Top