Peskovun qızını aldadıb kartındakı pulları çəkiblər — VİDEO

DÜNYA 01 sen 2022, 01:11
Kremlin sözçüsü Dmitri Peskovun qızı Liza bank kartları ilə bağlı fırıldaqçıların hiyləsinə tuş gəlib.

Bu barədə Peskovun özü danışıb.

“Bu insanlar inandırmağı bilirlər. Bu da istedaddır. Ancaq yaxşı məqsəd üçün deyil, cinayət üçün istifadə olunan bacarıqdır. Onlar, təəssüf ki, bu istedadın sahibidirlər. Qızım keçən il onların tələsinə düşdü”, - deyə Peskov vurğulayıb.

O, qızına fırıldaqçıların bu cür hərəkətləri barədə dəfələrlə xəbərdarlıq etdiyini qeyd edib.

“Bilmirəm, bu bəd istedadlı adamlar tutuldu, ya yox, amma pullar geri qaytarıldı”, – deyə Peskov bildirib.

Kremlin sözcüsü hadisənin 2021-ci ildə baş verdiyini əlavə edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 okt 2022, 08:04
Top