“Qazaxın kəndləri ilə bağlı məsələ gündəmə gələ bilər” — AÇIQLAMA

GÜNDƏM 31 avq 2022, 15:56
Ötən gün Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryanın görüşü baş tutdu. Üçüncü görüşün razılaşdırılmış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib.

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında bildirib ki, yaxın prespektivdə müsbət nəticələr əldə oluna bilər:

“Yeni kommunikasiyaların çəkilməsi ilə bağlı Azərbaycan tərəfdən komissiyanın sədri olaraq Şahin Mustafayevin çox yaxşı fəaliyyəti var. Moskvada görüşündə yeni dəhlizə alternativ xətt məsələsi gündəmə gəldi və onun müzakirəsi getdi. Elə hesab edirəm ki, daha çox delimitasiya və demarkasiyaya yönəlik məsələlərin bundan sonrakı müzakirəsinin qrafiki razılaşdırılacaq. Dərhal sonra isə hesab edirəm ki, Qazaxın kəndləri məsələsi gündəmə gələcək. Ondan sonra Kəlbəcərin, Zəngilanın, Qubadlının, Laçının, xüsusən də, Laçının sərhəd boyu bölgəsinin müəyyən olunması məsələsi gündəmə gələcək və gəlib də. Yəni, bu, təkcə Qarabağa aid sərhəd bölgələri ilə məhdudlaşmır. Daşkəsənin, Gədəbəyin, Qazaxın, Tovuzun, Ağstafanın müəyyən bölgələri də nəzərdədir”.  


Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top