“Məktəblərin strukturuna yenidən baxılmalıdır” — Emin Əmrullayev

SOSİAL 29 avq 2022, 23:12
“Müəllimlərin sayında siniflərin sayı ilə münasibətdə disbalans var”.

Demokrat.az
xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Diqqət mərkəzi” verilişində deyib.

Nazir bildirib ki, bu qeyri-bərabərlik üç əsas yolla tənzimlənir.

“Biz çalışırıq ki bunu müəllimlərin işə qəbulu prosesində tənzimləyək. İkinci həll yolu məktəblərin ştat cədvəli dediyimiz sistemidir. 21-ci əsrdə artıq məktəblərin strukturu da fərqli olmalıdır. Məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdır. Digər tərəfdən sertifikasiya məsələsi də önəmlidir”, - deyə nazir qeyd edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top