Rusiyanın B Planı: “Putini əvəzləyəcək adam da hazırdır” — ŞƏRH

GÜNDƏM 29 avq 2022, 17:36
“Rusiya da İran və Çin təcrübəsindən yararlanır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Politoloqun sözlərinə görə, dünyada gedən proseslər Rusiyanı iqtisadi cəhətdən çökdürə bilməyəcək:

“Əksinə, Rusiya dünya bazarında iqtisadi sahədə hələ də söz sahibidir. Ona görə də, Avropa dövlətləri məcbur olacaq ki, rublla alver etsinlər. Rublla alver etmək dollara da çox mənfi təsir göstərəcək. Bilirsiniz ki, Çin, Hindistan, Braziliya, hətta Türkiyə də artıq rublla alver həyata keçirməyə razılaşıb.



Yəni, rubl möhkəmləndikcə, Rusiyanın iqtisadiyyatında da irəliləyiş olacaq. Biz istəsək də, istəməsək də Rusiyanın yaxın müddət ərzində çöküşünü görməyəcəyik. Yeganə bir şey ola bilər ki, Rusiyada inqilab baş verə bilər. Çünki orada silahlı hərbiçilər də Putinin siyasətilə razılaşmır, xaric də çalışır ki, belə bir addım atılsın. Amma, Rusiya bilirsiniz ki, bir KKB-nin diktaturasının tam nəzarətində olan bir dövlətdir. Burada minlərlə adamı öldürməklə, onları sürgün etməklə olsa niyyətlərindən əl çəkməyəcəklər. Nə qədər ki, Putin sağdır, belə bir addım atılacağına inanmıram. Hətta, onu əvəzləyəcək adam da, qəfil variant üçün B planı da hazırdır. O da yenə Putinin siyasətini davam etdirəcək. Ona görə də, iqtisadi sanksiyaların Rusiyanı çökdürmək ehtimalı çox aşağıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top