"Qanun və Xidmət" MMC tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə qarşı iddia qaldırılıb.
Demokrat.az xəbər verir ki, şirkət Bakı İnzibati Məhkəməsinə müraciət edərək məhkəmə mübahisələri gedişində hüquqlarının təmin edilməsi və Ali Məhkəmə Aparatı işçisinin hərəkət və ya hərəkətsizliyi ilə bağlı tələblər irəli sürüb.
Bakı İnzibati Məhkəməsində hakim Aygün Əhədovanın sədrliyi ilə iddiaya baxılıb və qərardad çıxarılıb.
Məhkəmə qeyd edib ki, iddiaçının cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi göstərilməyib. İddiaçının iddia ərizəsində sadaladığı məhkəmə mübahisələri gedişində hüquqlarının təmin edilməsi ilə bağlı tələbləri isə öz hüquqi təbiətinə görə müvafiq məhkəmə icraatında tələb ediləcək prosessual hüquq və azadlıqlardır ki, qeyd edilən tələblərin müstəqil olaraq inzibati məhkəmə icraatında mübahisə predmeti qismində çıxış etməsi yolverilməzdir.
Beləliklə, iddiaçı "Qanun və Xidmət" MMC-nin cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinə qarşı "hüquqların bərpası və sair tələbinə dair" iddiası mümkün sayılmayıb.
Şirkət daha sonra Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Şikayətə hakim Səadət Bəktaşinin sədrliyi ilə baxılacaq.(e-huquq.az)