Tofiq Şahmuradov azadlığa buraxıldı

SOSİAL 27 avq 2022, 00:04
Hərbi bloqqer Tofiq Şahmuradov həbsdən çıxıb. 

Demokrat.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bloger cəza müddəti bu gün başa çatıb. 

Xatırladaq ki, feysbuk sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilmişdi.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top