Bu ölkədə fövqəladə vəziyyət elan edildi

DÜNYA 26 avq 2022, 21:50
Pakistanda musson yağışları səbəbindən fövqəladə vəziyyət elan edilib.

Ölkə daxilində 14 iyundan bəri davam edən leysan yağışlarında həlak olanların sayı 937-yə yüksəlib.

Həyatını itirənlərin 343-ü uşaq, 198-i qadındır.

Rəsmilər daşqınların 30 milyon insana təsir etdiyini və onların əksəriyyətinin köçkün düşdüyünü bildiriblər.

Ölkə üzrə 670 328 evə ziyan dəyib, 145 körpü dağılıb. Sel 3 082 kilometr magistral yolu da zədələyib.

Daşqınlarla mübarizə aparan Pakistana Dünya Bankı 350 milyon, Dünya Ərzaq Proqramı 110 milyon, Asiya İnkişaf Bankı 20 milyon və Böyük Britaniya 40 milyon dollar yardım göndərəcək.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top