“İsveçrə və Finlandiyanın NATO-ya üzvlüyü əngəllənəcək” — TƏHLİL

SİYASİ 25 avqust 2022, 16:05
“Türkiyə, İsveçrə və Finlandiya arasında Madriddə keçirilən NATO zirvə görüşündə müəyyən razılıq əldə olunmuşdur. Bu ölkələrin NATO-ya daxil olması müqabilində Türkiyə veto qoymayacaq və Türkiyənin şərtləri yerinə yetirilməyəcək. İsveçrə və Finlandıya PKK, YPK terror təşkilatlarına siyasi dəstək verir. Həmçinin, Türkiyəyə qarşı müəyyən embarqolar tətbiq edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq hesab edir ki, Türkiyə, İsveçrə və Finlandiya arasında keçirilən növbəti görüşdə müəyyən razılıq əldə olunacaq:

“Artıq İsveçrənin baş naziri də şərtlərə əməl olunacağını elan etdi. Düşünürəm ki, burada Türkiyəni yola vermək olmayacaq. Finlandiya və İsveçrə mütləq şəkildə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirəcək. Əgər yerinə yetirməsə, bu ciddi şəkildə siyasi böhrana yol açacaq. İsveçrə və Finlandiyanın NATO-ya üzvülüyü əngəllənəcək. Bu prosesdə top İsveçrə və Finlandiyadadır”. 



Analitik qeyd edib ki, Türkiyə konkret olaraq verdiyi vədlərə əməl edib:

“Türkiyə müsbət istiqamətdə danışıqları yekunlaşdırıb. Amma göründüyü kimi, İsveçrə və Finlandiya manipulyasiya edir. Amma, əgər Finlandiya və İsveçrə bu prosesi yubatsa, əlbəttə ki, müəyyən NATO dövlətlərinin də İsveçrə və Finlandiyaya təpkisi olacaq. Bunu mən istisna etmirəm. Amma, konkret olaarq İsveçrə və Finlandiya geri çəkilsə, əlbəttə ki, Türkiyənin atacağı addımlar var.  Və bütün proseslər İsveçrə və Finlandiyanın əleyhinə işləyəcək. NATO-ya qapıları bağlanacaq. Ona görə də, bu kontekstdən gözləyirəm ki, NATO-nun güclənməsi, indiki Rusiya-Ukrayna mühariəsi fonunda Türkiyənin tələbləri yerinə yetiriləcək və növbəti mərhələdə danışıqlar müsbət sonlanacaq. İsveçrə və Finlandiya PKK ilə bağlı Türkiyə verdiyi vədləri yerinə yetirəcək. Türkiyə bəzi terrorçuların ekstradisiyasını həyata keçirəcək, başqa çıxış yolu və alternativ yoxdur.. Yalnız və yalnız İsveçrə və Finlandiyanın anlaşması Türkiyənin şərtlərinin yerinə yetirilməsindən keçir”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top