Zəngilan aeroportunda radiotexniki vasitələrin uçuş yoxlaması keçirilir — FOTO

İNFRASTRUKTUR 25 avq 2022, 15:13
Azərbaycanın işğaldan azad olunmuş ərazisində inşa edilən Zəngilan beynəlxalq hava limanında uçuşların radiotexniki təminatı vasitələrinin uçuş yoxlamalarına başlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, uçuş yoxlaması ATR 42-500 biznes-sinif təyyarəsinin göyərtəsində quraşdırılmış tam avtomatlaşdırılmış Aerodata AD-FIS-112 kompleksindən istifadə edilməklə həyata keçirilir.

Qeyd edək ki, AFİS (Aero Flight Inspection System) hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün tətbiq olunan tam avtomatik müasir uçuş nəzarəti sistemidir.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top