Deputat: "Azərbaycan və Türkiyə əlaqələri ən yüksək səviyyədə inkişaf edir"

GÜNDƏM 23 avq 2022, 20:45
Ötən gün Prezident İlham Əliyev Konyada qalib gələn idmançılarla görüşüb. P

Prezident çıxışı zamanı bildirib ki, Azərbaycan komandası stadiona daxil olanda bizim türk qardaşlarımız necə səmimi və hərarətlə idmançılarımızı qarşıladılar: "Elə bil ki, bizim komandamız Bakıda stadiona çıxıb. Bu, doğrudan da bir daha bizim xalqlarımızın nə qədər bir-birinə bağlı olduğunu göstərir. Onu göstərir ki, təkcə prezidentlər bir-birinə qardaş deyil, eyni zamanda, xalqlarımız, idmançılarımız qardaşdırlar".

Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə əlaqələri ən yüksək səviyyədədir. Deputat qeyd edib ki, Azərbaycan xalqının Türkiyə dövlətinə, Türkiyə dövlətinin də Azərbaycan xalqına böyük sevgisi var:

"Bu, özünü bütün sahələrdə göstərir. Əlbəttə bu əlaqələrin inkişafında iki ölkə liderinin müstəsna xidmətləri var. Həm Cənab Prezidentin, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolları danılmazdır. Bu, çox önəmli bir məsələdir. Bu gün bu özünü bir çox sahələrdə göstərir, eləcə də bu Azərbaycan idmançılara olan münasibətdə də göstərdi. Bu bir daha onu göstərir ki, təkcə prezidentlər bir-birinə qardaş deyil, Cənab Prezidentin qeyd etdiyi kimi, eyni zamanda idmançılarımız da qardaşdılar. Bu, bunun ən açıq nümunəsidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan və Türkiyə əlaqələri əbədi və sarsılmazdır. Burada hər iki xalqın üzərinə böyük vəzifələr düşür. Gələcəkdə də bu əlaqələr ən sürətli formada inkişaf edəcək, daha da güclənəcək.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top