KİV: Azərbaycan və Ermənistan nümayəndələrinin növbəti görüşünün tarixi müəyyənləşdi

XARİCİ SİYASƏT 23 avq 2022, 16:05
Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşməsi üzrə delimitasiya komissiyasının nümayəndələrinin görüşü avqustun sonunda Moskvada keçiriləcək.

“Report” “Sputnik Armaenia”ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş naziri Mqer Qriqoryanın ofisindən bildirilib.

Məlumata görə iclasın gündəliyi hələ ki, məlum deyil.

Xatırladaq ki, sərhədlərin müəyyənləşməsi çərçivəsində Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ilk görüşü mayın 24-də baş tutub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top