Şəhid oğlu Türkiyədə ali məktəbə qəbul oldu — FOTOLAR

SOSİAL 23 avq 2022, 09:35
Vətən müharibəsi şəhidi Mirzə Axundovun oğlu Ağamusa Axundzadə Türkiyənin Kocaeli Universiteti, Texnologiya fakültəsi, Biomedikal mühəndisliyi ixtisasına qəbul olub.

Demokrat.az xəbər verir ki, bu barədə “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, A.Axundzadə Türkiyə Bursları Vəqfinin təqaüdünü də qazanıb.

Qeyd edək ki, Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundov 2020-ci ilin oktyabrın 2-də Talış istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

 




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top