"Oğlum Fuad Poladov kimi aktyordur" — Çingiz Əhmədov

ŞOU-BİZNES 20 avq 2022, 23:17
“Oğlumun aktyor olacağını gözləmirdim. Amma indi reytinq cədvəlində birincidir”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov “Nahara az qala” verilişində aktyor oğlu İbrahim Çingiz haqda danışarkən deyib. Sənətçi övladının mərhum Xalq artisti Fuad Poladov kimi istedadlı olduğunu bildirib:

"Özünün xəbəri olmadan gedib tamaşalarına baxıram. İstedadlı insanları sevirəm. Adamın gərək öz quyusunda su ola. İbrahim, Fuad Poladov kimi bir aktyordur. Onu çox yerə dəvət edirlər, amma getmir. Hərdən fikirləşirəm ki, düz edir. Çünki bu gün efirdə bir şey danışırsan, onu şişirib "dağ başına” qoyurlar. Əvvəllər belə bir şey yox idi”. 

Qeyd edək ki, İbrahim Çingiz Rus Dram Teatrının aktyorudur. O, ötən il aktrisa Aydan Axundzadə ilə ailə qurub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top