Voleybol millilərimiz seçmə mərhələdə oyun keçirəcək

İDMAN 20 avq 2022, 09:35
Azərbaycanın voleybol milliləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarından sonra Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəklər.

İslamiadanın bürünc medalçısı olan qadın millisi bu gün seçmə mərhələdə ilk matçına çıxacaq. Rəqib qonşu Gürcüstan yığması olacaq. Oyun Bakıdakı Voleybol Mərkəzində baş tutacaq.

Kişi millisi isə AÇ-nin təsnifat mərhələsində 3-cü matçına çıxacaq. Azərbaycan millisi ilk iki matçında Bakıda rəqiblərinə uduzub. Bu dəfə rəqib Bakıda 1:3 hesabı ilə uduzduğu Danimarka millisi olacaq. Oyun Danimarkanın Midlfart şəhərində keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi (qadınlar)
18:00 Azərbaycan – Gürcüstan

Avropa çempionatının seçmə mərhələsi (kişilər)
21:00 Danimarka – Azərbaycan

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top