Azərbaycanda quzu əti də bahalaşdı — VİDEO

SOSİAL 19 avq 2022, 22:29
Quzu ətinin qiyməti bahalaşıb. Artım daha çox 8-11 kiloqramlıq əmlik quzu ətində özünü göstərir.

Satıcılar deyirlər ki, indi 1 kiloqram əmlik quzu əti 17 manatadır.

Çəkisi 14 kiloqramdan ağır olan quzu ətinin qiyməti isə nisbətən aşağıdır.

Satıcıların sözlərinə görə, ölkədə quzu qıtlığı var. Üstəlik, bütün sahələrdə baş verən bahalaşma də quzu ətinin qiymətinə təsir edib.

Qeyd edək ki, qiymətlərin hələlik ucuzlaşacağı gözlənilmir.

Demokrat.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top