Əmisini qətlə yetirən Laçın sakininin işinə bu məhkəmədə baxılacaq — QƏRAR

KRİMİNAL 19 avq 2022, 13:33
Azərbaycanda əmisini qətlə yetirməkdə ittiham olunan Bahadur İsmayılovun cinaət işi üzrə məhkəmə prosesi keçirilib. 

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Araşdırma zamanı məlum olub ki, qətl hadisəsi Ağcabədi rayonunun Taxtakörpü ərazisi,Laçın obaları yaşayış massivi, Fingə obasında yerləşən fermasının həyətyanı sahəsində baş verib. 

Laçın rayon prokurorluğunda araşdırlan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olsa da, işin araşdırılması Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aiddir. 

İşə baxılması üçün adiyyatı üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib. 

İttihama görə, hadisə bu il aprelin 20-də baş verib.

Laçın rayonu, Fingə kənd sakini Bahadur İsmayılov əmisi Əşrəf İsmayılovla mübahisə edib.

Mübahisə zamanı o, dırmıqla Əşrəf İsmayılovun baş nahiyəsinə xəsarətlər yetirib. Nəticədə Əşrəf almış olduğu xəsarətlərdən həmin gün xəstəxanada ölüb.

Faktla bağlı Laçın rayon Prokurorluğu tərəfindən Bahadur İsmayılovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Bahadur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top