Xarkov şəhəri atəşə tutuldu — Ölənlər var

REGİON 18 avq 2022, 08:30
Ukraynanın Xarkov şəhərinin Saltovski rayonunun atəşə tutulması nəticəsində güclü yanğın baş verib

Demokrat.az xəbər verir ki, bu barədə Xarkov Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

O qeyd edib ki, yaşayış infrastrukturunun yenidən atəşə tutulması zamanı yaranan partlayışda azı 6 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Həlak olan və yaralananların sayının artacağı gözlənilir.

Ukrayna Prezidenti Volodimir Zelenski öz növbəsində bildirib ki, Xarkovun ruslar tərəfindən atəşə tutulması dinc əhaliyə qarşı alçaq və kinli zərbədir, bunun heç bir əsası yoxdur və təcavüzkarın acizliyini nümayiş etdirir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top