Çempionlar Liqası: “Qarabağ” Çexiya klubu ilə heç-heçə edib

İDMAN 17 avq 2022, 23:05
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Azərbaycan çempionu Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşün baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olub. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

Xatırladaq ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top