Bu gün general-leytenant olan hərbçilər kimdir?

HƏRBİ 17 avq 2022, 17:36
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) üç general-mayoruna general-leytenant ali hərbi rütbəsi verilib.

Demokrat.az xəbər verir ki, general-leytenant rütbəsinə yüksələn Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O, Vətən müharibəsinin komandanlarından biri olub. “Vətənə xidmətə görə” ordeninin tam kavaleri ilə təltif edilib.



Digər general-leytenant rütbəsi alan Müzəffər Pirizadə isə DSX Sahil Mühafizəsinin rəisidir. O, daha əvvəl Qazax əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsini tutub.



Ali Baş Komandan tərəfindən general-leytenant rütbəsinə layiq görülən Elçin İbrahimov isə DSX-nin Aparat rəhbəridir.(qafqazinfo.az)


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top