Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Demokrat.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- İlham müəlim, Prezident İlham Əliyev İsmayıllıya səfəri zamanı Zəngəzurla bağlı önəmli mesajlar verdi. Sizcə, dəhlizin açılması ölkəmizə hansı üstünlük verəcək?
- Biz qeyri-hökumət təşkilatı olaraq, uzun illərdir ki, ictimai sahədə apardığımız əsas xəttimiz Türk dünyasının inteqrasiyası ilə bağlıdır. Təsdiq olunmuş nizannaməmizə əsasən, ən çox elmi, tarixi, mədəni əlaqələrin bərpa olunması, haqqın, ədalətin, yəni Türk dünyasının birləşməsi istiqamətində tədbirlər həyata keçirmişik. Çoxsaylı yerli və beynəlxalq layihələr həyata keçirmişik bu istiqamətlərdə. Demək olar ki, bizim tədbirlərdə ən çox səsləndirdiyimiz məsələlərdən biri ilk növbədə Türk dünyasının diqqətinə və nəzərinə çatdırmağa çalışmışıq ki, vaxtilə Zəngəzur bölgəsinin Ermənistana verilməsi Azərbaycanın Türkiyə ilə, Türk dünyasıyla quru əlaqəsinin kəsilməyə xidmət etmişdir. Eyni zamanda, bizim ayrılmaz hissəmiz olan Naxçıvann Azərbaycandan ayrılması üçün bir tarixi ədalətsizlik baş vermidir. Rusiya tərəfindən bu siyasət məqsədyönlü şəkildə aparılırdı. Sovetlər dövründə ideoloji xətt kimi bizim beynimizə yeritməyə çalışırdılar ki, torpaqlar bu ölkədə olması, o ölkədə olması fərq etməz, vahid sərhədlər daxilində yaşayırıq. Qeyd edim ki, Sovetlər İttifaqı tərəfindən bu torpaqlar o vaxt “qardaş Ermənistana” verildi. Artıq Zəngəzurun qaytarılması tarixi ədalətin bərpa olunması demək olar.
- Sizcə, Zəngəzur dəhlizi ölkəmiz üçün hansı əhəmiyyətə malikdir?
- Zəngəzurun strateji əhəmiyyətinddən daha çox siyasi, hərbi əhəmiyyəti var. Həmçinin, iqtisadi əhəmiyyətindən daha çox mədəni, milli-mənəvi əhəmiyyəti var. Bu baxımdan təbii ki, bu dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa, o cümlədən Azərbaycanın Avropaya çıxmasında çox müstəsna əhəmiyyətə malikdir. Belə ki, artıq başqa ölkənin sərhədini keçmədən birbaşa qardaş Türkiyə ərazisinə gedə biləcəyik.
- Sentyabr ayında Nuru Paşa tərəfindən Bakının bolşevik işğalından azad olunmasının ildönümü olacaq. Bununla bağlı hansı işlər görülür?
- Bizim təşkilat yarandığı ilk gündən illərdir ki, sentyabrın 15-ni böyük təntənə ilə qeyd etmişik. Hətta, böyük bir heyət də gəlib Türkiyədən. Nuru Paşanın Qafqaz İslam Ordusunun marşrut yolu ilə, yəni Gəncədən Bakıya doğru gəldiyi istiqamətlərdən tədbirlər keçirə-keçirə gəlmişik. Hətta, mediada bu barədə geniş məlumatlar verilib. Bununla bağlı, tədbirlərimiz yüksək səviyyədə qeyd olunub. Təbii ki, bu ildə tədbirərin keçirilməsi gözlənilir.
- Nuru Paşaya abidənin qoyulması ilə bağlı hansı yeniliklər var?
- Nur Paşanın abidəsinin qoyulması ilə bağlı məsələlər hər zaman geniş müzakirələr olunub. Hətta, bununla bağlı imzalar da toplanılıb. Bir çox ziyalıların, alimlərin, millət vəkillərin imzasıyla müvafiq qurumlara - Mədəniyyət Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə Nuru Paşanın Azərbaycanda abidəsinin qoyulması, xatirəsinin abidələşdirilməsi, adına küçənin verilməsi çox vacibdir. Artıq bu bir tələbata çevrilmiş bir məsələdir. Qeyd edim ki, 2018-ci ildə Cümhuriyyətimizin 100 illiyi ilə bağlı, eyni zamanda Qafqaz İslam Ordusunun Azərbaycanı bolşevik quldur dəstələrindən azad etməsinin 100 illiyi ilə bağlı böyük hərbi keçid keçirildi. İki qardaş ölkənin rəhbərləri R.T. Ərdoğan və İlham Əliyevin iştirakı ilə keçirilən hərbi keçiddə simvolik olaraq Qafqaz İslam Ordusuun əsgərləri də keçiddə iştirak etdiər. Açığı deyim ki, həmin o vaxta qədər biz o tədbirlərin keçirilməsində çətinliklərlə üzləşmişdik. Böyük tədbirlər elə ziyalılar çıxış edirdilər ki, sanki bu, boş şey imiş. Bizim bu işlə məşğul olmağımız məqsədə uyğun deyilmiş. Ancaq sevindirici haldır ki, indi bu istiqamətdə çox böyük dəstək var. Bu gün insanların qəlbində Nuru Paşanın abidəsi qoyulub. Lakin bunu reallaşdırıb, ortaya çıxarmaq üçün müvafiq qurumlar addımlar atmalıdır. İnanırıq ki, bu da olacaq. Biz 44 günlük savaşda gördük ki, həqiqi dostlarımızla düşmənlərimizi kimdir. Yanımızda yenə də qardaş Türkiyə oldu.
Aynurə Pənahqızı
Demokrat.az