Deputat: “Ermənilər Laçından çıxmaq istəmədiklərinə görə, terror üsullarına əl atırlar”

GÜNDƏM 16 avq 2022, 12:30
“Orta Şərqdən olan ermənilər Laçın rayonuna qeyri-qanuni yerləşdirilib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat eyd edib ki, həmin ermənilər Laçından çıxmaq istəmirlər və buna görə də, orada terror üsullarına əl atırlar:



“Ermənilər nəyisə yandırmaqla, müqavimət göstərmək bu cür terror üsullarına əl atırlar. Lakin ermənilərin Azərbaycan xalqının iradəsi qarşısında müqavimət göstərməyə heç bir imkanı yoxdur. Təbii ki, tezliklə onlar oradan çıxardılacaqlar və Laçın Azərbaycana yaxın müddətdə qayıdacaq”.
  
Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top