Göyçayda üç nəfər itkin düşdü

SOSİAL 15 avqust 2022, 23:47
Göyçay rayonunda üç nəfər dağlıq ərazidə itkin düşüb.

APA xəbər verir ki, bu gün axşam saatlarında Göyçay sakinləri, şəhərin Şimal istiqamətindəki dağlıq ərazidə itmiş qoyunlarını axtararkən dərəyə düşüblər.

Köməksiz vəziyyətdə qalan şəxslər FHN-in “112” qaynar xətt mərkəzinə məlumat veriblər.

Hadisə yerinə cəlb edilən xilasedicilər hazırda itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirir.

Əlavə məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top