Makronun bahalı tətil görüntüləri Fransada etiraz doğurdu — FOTOLAR

DÜNYA 13 avq 2022, 16:40
Fransa prezidenti Emmanuel Makronun Aralıq dənizi sahillərində bahalı tətil görüntüləri ölkədə skandal yaradıb. 

Demokrat.az xəbər verir ki, Emmanuel Makronun Aralıq dənizi sahilindəki Fort de Brégançon kurort zonasında bahalı əyləncə və istirahət görüntüləri Fransa əhalisinin böyük narazılığına səbəb olub. 

Fransada davam edən güclü meşə yanğınları və şirin su ehtiyyatlarının azalması, həmçinin Ukraynada gedən müharibə fonunda Makronun bahalı istirahət həyatı seçməsi ölkədə ciddi etiraz doğurub. 

1968-ci ildən bəri Fransa prezidentlərinin rəsmi istirahət yeri olan Riviera malikanəsində Emmanuel Makronun da öz xanımı ilə bahalı istirahət etməsi ölkə əhalisi tərəfindən xoş qarşılanmayıb. 

Fransada həm parlament üzvləri, həm də sosial şəbəkə istifadəçiləri Makrona qarşı öz nifrətlərini gizlətməyiblər. 

Fransızlar Makronun bu yaxınlarda əhaliyə xitabən etdiyi "enerjiyə qənaət edin" çağırışlarını pisləyərək, Fransa prezidentini korrupsiyada və dövlət büdcəsinə qənaət etməməkdə ittiham ediblər. 



Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top