Bakıda bir ailənin 6 üzvü plovdan zəhərləndi

HADİSƏ 13 avq 2022, 13:16
Ötən gün Bakıda bir ailənin 6 üzvü zəhərlənib. Hadisə Xəzər rayonunda Binə sovxozu deyilən ərazidə baş verib. 

Bu barədə haqqin.az saytı məlumat yayıb.

Ailənin plovdan zəhərləndiyi ehtimal edilir. Zəhərlənən şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir. 

Hadisə ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib: “Daha sonra ailə ambulator müalicə üçün evə buraxılıb. Onların vəziyyətləri qənaətbəxşdir”.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top