700 bal toplayan Nigar yerli universitetlərdən buna görə imtina etdi

SOSİAL 13 avq 2022, 12:50
Xəbər verdiyimiz kimi, bu il  IV ixtisas qrupu üzrə ən yüksək - 700 balı toplayan Nigar Ağazadə Azərbaycan universitetlərindən imtina edib. Nigar burs qazanaraq Ankara Universitetinin Tibb fakültəsinə qəbul olunub.

N.Ağazadə Modern.az-a Azərbaycan universitetlərindən imtina etməsinin səbəbləri barədə danışıb.

Nigar Ağazadə qəbul imtahanlarından öncə də xaricdə təhsil almağı arzuladığını deyib:

“Əvvəl də xaricdə təhsil almağı düşünürdüm. Ölkə birincisi olduqdan sonra şansımı sınamaq istədim və həqiqətən də qəbul oldum. Türkiyədə tibb sahəsi çox inkişaf edib və orada təhsil almaq mənə çox şey qazandıracaq. Rezidentura təhsilimi isə Almaniyada davam etdirmək istəyirəm. Əlbəttə, xaricdə təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdacağam”.

N.Ağazadə ürək-damar cərrahı olmağı arzuladığını vurğulayıb.

Qeyd edək ki, Nigar Ağazadə 125 nömrəli tam orta məktəbin məzunudur. O, qəbul imtahanının I mərhələsində 300 bal, ikinci mərhələsində isə 400 bal toplayaraq maksimal nəticə göstərib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top