“Sabah” ardıcıl ikinci qələbəsini qazandı

İDMAN 12 avq 2022, 22:52
Futbol üzrə Misli Premyer Liqasında ikinci turun oyunları start götürüb.

Demokrat.az
xəbər verir ki, bu gün "Dalğa Arena"da "Zirə"-"Sabah" görüşü keçirilib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da ardıcıl 2-ci qələbəsini qazanan "Sabah" 6 xalla liderliyini möhkəmlədib. Aktivində 3 xal olan "Zirə" isə 5-ci pillədədir.

Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 13-14-də keçiriləcək. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top