Azərbaycanda vəkillərin ən çox yol verdiyi pozuntular açıqlandı — SİYAHI

SOSİAL 12 avq 2022, 19:56
Azərbaycanda vəkillərin ən çox yol verdiyi pozuntular açıqlanıb.

Demokat.az
xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, Vəkillərin İntizam Komissiyası tərəfindən vəkillərin fəaliyyətində daha çox aşağıdakı hallarla bağlı pozuntu müəyyən edilib:

1.Dövlət hesabına hüquqi yardımın keyfiyyətsiz göstərilməsi və bu sahədə formal vəkilliyə yol verilməsi,

2.Müqavilədənkənar pul vəsaitinin alınması,

3.Hüquqi yardıma görə alınan haqqın nağdsız qaydada ödənilməsi tələblərinin pozulması,

4.Qeyri-etik ifadələrdən istifadə edilməsi, vəkil etikasına zidd olan, vəkilliyin nüfuzuna xələl gətirən, vəkilə yaraşmayan hərəkətlərə yol verilməsi və s.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top