Təbii qaza görə ödənişlər neçə faiz artıb?

GÜNDƏM 12 avq 2022, 14:41
Bu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İstehsalat Birliyinin satdığı təbii qaza görə ödəniş səviyyəsi 105,95 % olub.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 17,12 % çoxdur: “Ödəniş səviyyəsi əhali sektoru üzrə 104,55 % təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,41 % azdır. Qeyri-əhali sektoru üzrə ödəniş səviyyəsi 107,01 % olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,28 % çoxdur”.

R. Cavadov həmçinin bildirib ki, bu ilin iyul ayında ödəniş səviyyəsi 114,29 % təşkil edib ki, bu da 2021-ci ilin iyul ayı ilə müqayisədə 5,06 % çoxdur: “Ötən ay ödəniş səviyyəsi əhali sektoru üzrə 170,61 % təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 30,69 % çoxdur. Qeyri-əhali sektoru üzrə iyul ayında ödəniş səviyyəsi 99,28 % olub ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,06 % azdır”.

Aynurə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sen 2022, 18:25
Top