Bakıda turizm şirkətinin müdiri bıçaqlandı

KRİMİNAL 11 avq 2022, 10:01
Bakının Nərimanov rayonunda turizm şirkətinin müdiri ürəyindən, işçisi isə ayağından bıçaqlanıb.

Demokrat.az xəbər verir ki, hadisə “Montin” adlanan ərazidə qeydə alınıb.

Turizm şirkətinin müdiri Cavid Məmmədov və işçisi 18 yaşlı Amanzadə Kamran Azər oğlu agentliyin sürücüsündən pul almaq üçün onun yaşadığı Nərimanov rayonu ərazisinə gəliblər. Bu zaman onlar dörd nəfər naməlum şəxsin hücumuna məruz qalıblar. C.Məmmədov ürəyindən bıçaqlanıb. O, ağır vəziyyətdə 5 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. K.Amanzadə isə ayağından bıçaqlanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.(apa.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 okt 2022, 09:33
02 okt 2022, 08:04
Top