Bakıda 14 yaşlı qızlar itkin düşdü

HADİSƏ 10 avq 2022, 10:14
Bakıda 14 yaşlı qızlar itkin düşüb.

Demokrat.az xəbər verir ki, hadisə avqustun 6-da paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Dünyamalıyeva Zəhra Sulduz qızı 16:00 radələrində nənəsinin yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Bundan başqa, avqustun 8-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində 2008-ci il təvəllüdlü Qazzayeva Nərmin Cavanşir qızı saat 18:20 radələrində yaşadığı evindən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top