Balakəndə ağır yol qəzasında gəncin beli sındı

HADİSƏ 10 avq 2022, 08:43
Balakən rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, qəza zamanı 2001-ci il təvəllüdlü Rəhimov Müseyib Həbib oğlu müxtəlif xəsarətlər alıb.

Yaralının vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sol diz qapağının açıq yerdəyişən, bel fəqərəsinin sınığı və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top