"Ferentsvaroş" - "Qarabağ" matçında insident baş verib

İDMAN 09 avq 2022, 23:53
Macarıstanda "Ferentsvaroş" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda insident baş verib.

"Report"un məlumatına görə, 83-cü dəqiqədə "köhlən atlar"ın hücumu zamanı Abdullah Zubir rəqibin cərimə meydançasında yerə yıxılıb.

Həmin vaxt Budapeşt təmsiçisinin müdafiəçisi Endre Botka fransalı yarımmüdafiəçiyə yaxınlaşaraq, ondan kobud formada ayağa qalxmasını tələb edib. Ramil Şeydayev isə Botkaya yaxınlaşaraq, onu itələyib.

Nəticədə baş hakim hər iki futbolçuya sarı vərəqə göstərib.

Qeyd edək ki, hazırda 2-ci hissə oynanılır və hesab "Qarabağ"ın xeyrinədir - 3:1.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top