Azərbaycanın kişi şahmatçıları olimpiadanı qələbə ilə başa vurdu

İDMAN 09 avq 2022, 13:42
Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlərini keçirib.

Demokrat.az xəbər verir ki, yığma XI turda Serbiya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 2,5:1,5.

Beləliklə, milli yarışı 16 xalla 7-ci sırada bitirib. Özbəkistan isə olimpiadanın qalibi olub.

Qeyd edək ki, qadınlardan ibarət komanda Gürcüstan seçməsi ilə qarşılaşır. Hazırda hesab bərabərdir - 1:1.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top