Birgə maliyyələşmə proqramı üzrə işlə təmin edilən şəxslərin sayı 911-ə çatdı

SOSİAL 08 avq 2022, 16:28
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əmək haqqının maliyyələşdirilməsi” proqramı üzrə 2022-ci ilin 7 ayı ərzində 1018 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib. Bunlardan 379 namizəd artıq işə qəbul prosesini tamamlayıb.

Demokrat.az xəbər verir ki, proqram üzrə cari ilin ötən dövründə 100-dək, ümumilikdə isə 288 işəgötürənlə əməkdaşlığa başlanılıb və onlarla müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə əsasən şəhid ailəsi üzvləri və qazilərdən ibarət 911 şəxs işlə təmin edilib.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılıb. Proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əmək haqlarının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top