“Azərbaycan Qazaxın kəndlərini də hərbi əməliyyatlarla azad edə bilər” — ŞƏRH

GÜNDƏM 08 avq 2022, 16:05
“Ermənistanın Azərbaycana qarşı dövlət sərhəddində təxribatlar törətməsi istisna deyil. Hər gün dövlət sərhəddində atəşkəsi mütəmadi pozması, həmçinin Qarabağda qanunsuz silahli erməni birləşmələrinin təxribatlari Azərbaycan ordusunun hərbi əməliyyatlari bərpa etməsini şərtləndirir. Demək olar ki, Ermənistan diplomatik danışıqlarla heç bir şərtə əməl etmir. 10 noyabr Birgə Bəyannamənin bir neçə bəndi, 26 noyabr Soçi razılaşması və nəhayət Brüssel danışıqlarinda razılaşdırılan məsələlər kağız üzərində qalıb. Bununla bərabər Ermənistan tərəfi məhz Brüsselim vasitəçiliyini fiaskoya uğradıb”.
 
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq qeyd edib ki, Azərbaycan "Qisas" antiterror hərbi əməliyyatları keçirməsəydi, Ermənistan Laçın şəhərini və Zabux kəndini boşaltmayacaqdı:

“Həmçinin, yeni dəhliz yolunun Ermənistan ərazisində tikintisinə başlamayacaqdı. Halbuki, danışıqlarda bununla bağlı razılaşmışdılar. Bundan sonra da Ermənistan danışıqlarla deyil, yalnız Azərbaycanın hərbi güc tətbiqi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Praktika göstərir ki, Ermənistanla yalnız masa ətrafında deyil, sahədə danışmaq lazımdır.



Brüsseldə növbəti liderlerin görüşü razılaşdırılıb. Amma, burada da Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə bilər. Hətta, dövlət sərhəddində təxribatlar edə bilər. Halbuki, silahli erməni birləşmələrinin Qarabağdan çıxarılması və Qazaxın işğalda olan kəndlərini boşaltmalıdır. Əgər, Yerevan Qazaxın kəndlərini Azərbaycana qaytarmaqdan imtina edərsə, Azərbaycan işğalda olan kəndləri hərbi əməliyyatlarla azad edə bilər. Ermənistan bunun qarşısını almaq üçün Rusiya hərbiçilərini qanunsuz olaraq həmin kəndlərdə yerləşdirib. Bununla bağlı Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir. Çünki, Rusiya hərbiçiləri de-yuri Azərbaycana aid ərazidə yerləşib”.

Politoloq əlavə edib ki, Brüsseldə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, Azərbaycan güc tətbiq etməsi, sülhə məcburetmə əməliyyatlarına başlamalıdir:

“Proseslər də ona doğru gedir. Çünki, Ermənistan siyasi elitası və cəmiyyəti danışıqlarda üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirməsinə hazır deyil. Artıq, güc tətbiqi labüd görünür. Ümumiyyətlə, Brüsseldə keçirilən danışıqlara ehtiyac yoxdur. Yerevan bu kimi danışıqlarda əldə olunan razılaşmaları yerinə yetirməyəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top