Putin olmadan Ukraynada müharibəyə son qoyula bilməz: Ərdoğandan səs-küy yaradan bəyanat

GÜNDƏM 06 avq 2022, 20:56
Dünya Ukraynadakı müharibəni Moskvasız dayandıra bilməyəcək. Problem ondadır ki, bəziləri bu münaqişənin davam etdirilməsində “maraqlıdır”.

Bunu Türkiyə prezidentinin köməkçisi Fəxrəddin Altun deyib.

"Beynəlxalq ictimaiyyət Moskvaya məhəl qoymayaraq Ukraynadakı müharibəni bitirə bilməz. Diplomatiya və sülh qalib gəlməlidir. Biz Türkiyənin Rusiya və Ukrayna ilə münasibətlərindən qarşılıqlı məqbul həllə nail olmaq üçün istifadə etməyə çalışırıq", - o deyib.

Ərdoğanın köməkçisi deyib ki, bəzi ölkələr “Türkiyənin Ukrayna ilə Rusiya Federasiyası arasında dialoq qurmaq cəhdlərinə xələl gətirməyə çalışırlar”.

"Həqiqət budur ki, bəzi dostlarımız müharibənin bitməsini istəmir. Onlar timsah göz yaşları axıdırlar", - Altun deyib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kreml rəhbərini yenidən Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə dəvət etdiyini bildirib.(visiontv.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top