“Azərbaycan Ordusu düşmənin terror kamplarını tamamilə darmadağın etdi” — ŞƏRH

GÜNDƏM 06 avqust 2022, 14:37
“Azərbaycan Ordusu bütün istiqamətlər üzrə “Qisas” anti-terror əməliyyatlarına uğurla davam etməkdədir”. 

Bunu Demokrat.az-a açıqlamasında "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

Ekspertin sözlərinə görə, əldə olunan nəticələr imkan verir ki, bundan sonra ola biləcək terror aktlarının qarşısı əvvəlcədən qətiyyətlə alınsın:



“Bu qismdə qiymətləndirilərsə, artıq bir sıra yüksəkliklər işğaldan azad olunub. Qırxqız, Sarıbaba, Buzdux və bir sıra strateji əhəmiyyətli  yüksəklikləein azad olunması ilə ordumuz artıq demək olar ki, Laçın-Kəlbəcər istiqamətində, Ağdərə-Kəlbəcər istiqamətində, bundan başqa Xankəndi istiqamətindəki bir çox yol, şəbəkə və güzərgahları nəzarət altında tuta bilməkdədir. 

Xüsusən də, sülhməramlı qüvvələrin xidməti bölgələrində olan və gözdən iraq ərazilərdə daha əvvəldən bir sıra terror kampları qurulmuşu ki, həmin terror kampları daha çox dağlıq meşə ərazilərində idi. Bu cür yüksəkliklərin azad olunması isə deməyə əsas verir ki,  bəhs olunan tərzdə kampların qurulması tam olaraq məhdudlaşdırılsın. Ən əsası odur ki, strateji əhəmiyyətli yüksəkliklərin nəzarətimizdə olması ərazilərimizin təhlükəsizliyinin təminatı adına gələcəkdə  terror aktlarının qarşısının alınmasına ciddi mənada öz töhfəsini verəcəkdir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top