İstirahət mərkəzinin hovuzunda dəhşətli hadisə — Ölən var

HADİSƏ 06 avq 2022, 13:29
Bakıda istirahət mərkəzinin hovuzuna ölüm hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, dünən Səbail rayonu Şıx qəsəbəsində yerləşən “Dostluq” istirahət mərkəzinin hovuzunda paytaxt sakini, 32 yaşlı Pərviz Kazım oğlu Sultanov boğularaq ölüb.

Yaxınlıqdakı şəxslər gəncin hovuzda batdığını görüblər. P.Sultanov sudan çıxarıldıqda onun artıq öldüyü məlum olub.

İlkin araşdırmalar zamanı P.Sultanovun epilepsiya xəstəsi olduğu məlum olub və qıcolma səbəbindən suda batdığı bildirilib.

Araşdırmalar davam etdirilir.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top