Payızda yoluxma yenidən artacaq — İnfeksionistdən xəbərdarlıq

SOSİAL 05 avq 2022, 19:53
"Son günlər koronavirusa yoluxmada artım müşahidə olunur. Buna baxmayaraq hazırda Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət nəzarət altındadır". Bunu barədə  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. İnfeksionist yoluxmanln  payızda yüksələ biləcəyindən də danışıb. 

Hazırda Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət nəzarət altındadır.

Demokrat.az xəbər verir ki, bu barədə  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O, qonşu ölkələrin statistik məlumatlarına diqqət çəkib.

Təyyar Eyvazov bildirib ki, bu tip infeksiyalar payıza doğru aktivləşir. Buna görə də yoluxma payızda yüksələ bilər.

Qeyd edək ki, ÜST son zamanlar dünya üzrə virusa yoluxma sayında müşahidə olunan artımın əsasən Avropa və Amerikanın bəzi ölkələrində "Omikron" ştamının mutasiya olunan yeni növləri hesabına baş verdiyini vurğulayıb. 




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top