“Dalğa Beach”də DAVA: Xarici tələbə döyüldü

KRİMİNAL 05 avq 2022, 17:29
Bakıda əcnəbi tələbə döyülüb.

Demokrat.az xəbər verir ki, hadisə paytaxtda yerləşən “Dalga Beach” istirahət mərkəzində qeydə alınıb. 

Azərbaycan Tibb Universitetinin tələbəsi, İraq vətəndaşı, 1995-ci il təvəllüdlü Hussein Kamil Gumar ilə Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Fuad Böyük Limat arasında dava olub.

Dava zamanı Türkiyə vətəndaşı iraqlı tələbəni döyüb. İraqlı tələbə hadisə ilə bağlı polisə məlumat verib. 

Daxil olan məlumat əsasında Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.(lent.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top