Bərdədə qohumlar su üstündə düşmən oldular — Şok olay

KRİMİNAL 05 avq 2022, 15:52
Bərdə rayonunda 1990-cı il təvəllüdlü İntiqam Tənifəyeva şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qonşusu İlhama xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 23-də, sааt 10 rаdələrində Bərdə rayonu Əmirli kəndində baş verib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş İlham onun əmisidir: “Bərdə rayon Əmirli kəndində yaşayıram. Rəsmi olaraq heç yerdə işləmirəm. Zərərçəkmiş İlham mənimlə qonşuluqda yaşayır. Yaşadığımız evə gələn içməli su İlhamın həyətindən keçir”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 23-də, saat 10 radələrində yaşadığı evdə olan zaman həyətə içməli su gəlmədiyi üçün anası İlhamgilin həyətyanı sahəsinə keçib və suyun hansı səbəbdən gəlmədiyini öyrənmək istəyib: “Anam əmimgilin yaşadığı evin həyətyanı sahəsinə keçdi. Həmin vaxt İlhamın suyu kəsdiyi üçün anan mənə bu barədə bildirdi. Mən də anamla birlikdə ona iradımızı bildirdik. İlham “yaxşı edirəm” deyərək anam Gülbənizə kobud cavab verdi. Həmin səbəbdən İlhamla anam  Gülbənizin arasında mübahisə yarandı. Mübahisə zamanı İlham Gülbənizin sinəsindən itələdiyi üçün yerə yıxıldı. Dərhal onların yanına getdim və İlhama anamı hansı səbəbdən itələdiyini deyərək onun üzərinə getdim. Həmin vaxt İlhamla yaxalaşdım və əlim ilə onun sinəsindən itələdim. Bu zaman anam ayağa qalxaraq bizi sakitləşdirdi. Bundan sonra mən və anam İlhamla münaqişəni davam etməyərək həmin yerdən uzaqlaşdıq”.

Zərərçəkmiş İlham qeyd edib ki, mayın 23-də yaşadığı evin həyətyanı sahəsində olan zaman İntiqam və sonuncunun anası Gülbəniz adlı qadının həyatyanı sahələrinə keçməsini görüb: “Həmin şəxslərə hansı səbəbdən evimin həyətyanı sahəsindən keçməsini soruşdum. Onlar üzərimə gələrək ünvanıma kobud ifadələr işlətdilər. Bu səbəbdən həmin şəxslərlə aramızda mübahisə yarandı. Mübahisə zamanı İntiqam bir dəfə yumruqla burun nahiyyəmə və bir dəfə yumuruqla sol göz nahiyəmdən vurdu”. 

İlham bildirib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edib. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona cəza verilməsini istəyib.

Bərdə rayon Məhkəməsinin hökmü ilə İntiqam aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top