Üzərində “Z” işarəsi olan rus gəmisi Bakıya gəldi: MN yaydığı fotonu sildi — FOTOLAR

HƏRBİ 05 avq 2022, 14:11
Xəbər verdiyimiz kimi, Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) gəmiləri və şəxsi heyəti avqustun 5-də Bakıya gəliblər.

Gəmilərdən birin üzərində “Z” işarəsi var.

Belə ki, Müdafiə Nazirliyinin dərc etdiyi fotolardan birində Bakıya müsabiqədə iştirak etmək üçün gələn gəmilərdən birinin üzərində “Z” hərfinin olması aydın görünür.



Daha sonra isə sözügedən foto Müdafiə Nazirliyinin sosial şəbəkə hesablarından və rəsmi saytından silinib.



Nazirliyin dərc etdiyi digər fotolar isə olduğu kimi qalmaqdadır.






Məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etdik. Qurumdan Yeniavaz.com-a fotonun silinməsinin səbəbi barədə araşdırılıb, məlumat veriləcəyi bildirildi.

Qeyd edək ki, “Z” və “V” simvolik işarələrinə Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarda iştirak edən rus texnikalarının üzərində rast gəlinir.

Demokrat.az
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top