Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib — VİDEO (YENİLƏNİB)

HƏRBİ 26 iyun 2025, 12:24
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümü münasibətilə Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib.

Demokrat.az xəbər verir ki, hərbçilərin beş marşrut üzrə yürüşləri saat 12:00-dək davam edib.

10:39

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.

Demokrat.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə qulluqçuların yürüşləri başlayıb.

Yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbçilərin marşrutlar üzrə Bakıdakı yürüşləri saat 12:00-dək davam edəcək.

Yürüşlər Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi;

- Şəhidlər xiyabanı - "Alov Qüllələri" kompleksi - metronun "İçərişəhər" stansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla Teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı;

- "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

- Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev Sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - "28 Mall" Ticarət Mərkəzi üzrə təşkil edilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top