“Azərbaycan həm güclü, müstəqil dövlət, həm də onun əsas sığortası olan güclü ordu qura bildi. Bunların hər ikisinin qurucusu isə Heydər Əliyev oldu. Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bu gün güclü ordu vasitəsilə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Azərbaycanın suverenliyini əbədi edə bildi”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, ordumuz bu gün müstəqilliyimizin, torpaqlarımızın toxunulmazlığının sığortasıdır:

“Min illərlə döyüşkənlik qabiliyyətinə malik olan Azərbaycan xalqı müasir dövrdə də güclü ordu modelini ortaya qoya bildi. Dövlətimiz ordunun müasir silahlarla təchiz edilməsinə, peşəkarlığının artırılmasına, kadrların hazırlanmasına daim diqqət yetirir. Ən əsası isə ordu quruculuğu Prezidentin daim diqqətindədir. Ordu və xalq birliyi bu günümüzün reallığıdır.
Ordumuz bu gün dünyanın ən güclü ordularındandır. Dünya Azərbaycan Ordusunun, Azərbaycanın əsgərinin qətiyyətini gördü. Onun döyüş təcrübəsi bu gün dünyanın müxtəlif yerlərində öyrənilir”.
Cavidan Mirzəzadə
Demokrat.az