Rasim Musabəyov: “Ermənistanın ümidləri ondan ibarət idi ki,…”

GÜNDƏM 04 avq 2022, 16:08
“Ermənistan səhərdən axşamacan danışıqlara hazırdır”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rasim Musabəyov AZTV-də yayımlanan “Hədəf” verilişində deyib. 
 
Deputat açıqlamasında qeyd edib ki, ermənilər bu cür təxribatlara əl atmaqla, hər vəchlə vaxt qazanmağa çalışırlar:

“İndiki vəziyyətdə Ermənistan zəifdir və Ermənistanı himayə edənlərin köməklik etməsi imkanları da məhduddur. Belə bir vəziyyətdə hər bir imzalanmış sənəd, götürdüyü rəsmi öhdəlik Ermənistanın ziyanına olacaq. Bununla da deyirlər ki, gəlin mövcud vəziyyəti hər vəchlə qoruyub saxlayaq və vaxt udaq. Bəlkə, nəsə baş verdi. Bunlar hesab edirlər ki, vaxt uzadaraq bir tərəfdən özlərini yazıq kimi aparacaqlar, o biri tərəfdən isə “dəmir yumruq” işə salınanda bütün dünyaya zarıyacaqlar ki “qoymuyun azərbaycanlıları bizi qırmağa”. Ya da ki, azərbaycanlılar öz torpağında bizi işğal edir. Ümumiyyətlə, bunlar baxdılar ki, Kosovada gərginlik oldu, NATO, Avropa Birliyi qarışdı, bunların da ümidləri artdı. Ümidləri ondan ibarət idi ki, gərginlik olacağı halda ABŞ və Rusiya müdaxilə edəcək. Bunlar anlamırlar ki, ABŞ və Rusiya müdaxilə etməyəcək, ümumiyyətlə, heç kəs müdaxilə etməyəcək və edə də bilməzlər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top